ABŞ və Çin arasında yüksək səviyyəli görüşlərə hazırlıq müzakirə edilibbackend

ABŞ və Çin arasında yüksək səviyyəli görüşlərə hazırlıq müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı baş tutub. Tərəflər qarşıdakı dövrdə iki ölkə arasında yüksək səviyyəli təmasların təşkili məsələsini müzakirə ediblər.

Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Van İ Pekin və Vaşinqton arasında münasibətlərin bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlılıq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Danışıq ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin sentyabrın 24-də keçirilməsi gözlənilən görüşündən əvvəl baş verib. Pekin hələ görüşü rəsmi şəkildə təsdiqləməsə də, tərəflər yüksək səviyyəli təmasların hazırlanması barədə müzakirə aparıblar.

Telefon danışığında Yaxın Şərqdəki vəziyyət də əsas mövzulardan biri olub. Çin İran və ABŞ-ı təmkin nümayiş etdirməyə, iyun ayında əldə edilmiş müvəqqəti razılaşmaya qayıtmağa və diplomatik məsləhətləşmələri bərpa etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az