Kiyevə yeni raket və dron hücumları: azı 19 nəfər yaralanıbbackend

Kiyevə yeni raket və dron hücumları: azı 19 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyev və ətrafına gecə saatlarında həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində azı 19 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Editor.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif hərbi obyektlərinə cavab zərbələrinin endirildiyini açıqlayıb. Ukrayna tərəfi Yaroslavldakı neft emalı zavodu və Rostov vilayətindəki hərbi aerodrom da daxil olmaqla bir sıra hədəflərin vurulduğunu bildirib.

Odessada da Rusiya dronlarının hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib və bir neçə nəfər yaralanıb.
Bundan başqa, Qara dənizdə mülki gəminin dron hücumuna məruz qalması nəticəsində Tanzaniya bayrağı altında üzən gəminin kapitanının öldüyü bildirilib.

//Samir Qurbanov, Editor.az