ABŞ administrasiyasının Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi NATO ölkələri arasında narahatlıq yaradıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Pentaqon Avropadakı ABŞ hərbi kontingentinin sayının azaldılması variantını nəzərdən keçirir. Müzakirə edilən variantlardan birinin təxminən 25 min hərbçinin Avropadan çıxarılması olduğu bildirilir.
Hazırda ABŞ-ın Avropada təxminən 80 mindən çox hərbi qulluqçusu yerləşir.
ABŞ administrasiyası Avropa ölkələrinin öz müdafiəsinə daha böyük məsuliyyət daşımasını istəyir. Bununla yanaşı, bəzi NATO ölkələri ABŞ hərbi iştirakının azalmasının Avropanın təhlükəsizliyinə təsir göstərə biləcəyindən narahatdır.
Məsələ xüsusilə NATO-nun Rusiya ilə sərhədə yaxın yerləşən Baltikyanı ölkələri üçün həssas hesab olunur.
//Samir Qurbanov, Editor.az

