ABŞ və Çin təhlükəsizlik üzrə ekspertləri süni intellekt sistemlərinin hərbi sahədə istifadəsi ilə bağlı mümkün təhlükələrin qarşısının alınması üçün yeni beynəlxalq mexanizmlər təklif ediblər.
Editor.az xəbər verir ki, ekspertlərin fikrincə, süni intellektin nüvə komandanlıq sistemlərinə müdaxiləsi və ya hərbi kiberəməliyyatların avtomatik həyata keçirilməsi ciddi yanlış anlaşılmalara səbəb ola bilər.
Təkliflər arasında nüvə sistemləri ilə bağlı müəyyən “qırmızı xətlərin” müəyyənləşdirilməsi, mühüm kiberəməliyyatlarda insan nəzarətinin saxlanılması və fövqəladə hallarda birbaşa əlaqə üçün xüsusi telefon xəttinin yaradılması var.
Bu təşəbbüslər ABŞ və Çin arasında planlaşdırılan yüksək səviyyəli süni intellekt danışıqları ərəfəsində irəli sürülüb.
//Samir Qurbanov, Editor.az

