Avropa İttifaqı ölkələri Avropa Sülh Fondundan (European Peace Facility) blokdan çıxarılan 6,6 milyard avronun istifadəsi ilə bağlı razılığa gələ bilmir.
Məlumata görə, Almaniya bu vəsaitin tam şəkildə Ukrayna-ya yönləndirilməsini dəstəkləyir. Berlinin mövqeyi ondan ibarətdir ki, fondun açılmış məbləği Ukraynanın müdafiə və maliyyə ehtiyaclarına sərf edilməlidir.
Digər tərəfdən, Polşa bu planla razılaşmır. Varşava tələb edir ki, ölkənin əvvəlki hərbi və maliyyə xərcləri tam şəkildə – “son avroya qədər” – kompensasiya olunsun.
Mübahisə Avropa İttifaqı daxilində Ukraynaya dəstəyin maliyyələşdirilməsi və üzv dövlətlərin xərclərinin necə bölüşdürülməsi məsələsində yeni fikir ayrılığını ortaya çıxarıb.
//Samir Qurbanov, Editor.az


