Avropa İttifaqı 2026-cı ilin ilk yarısında Rusiyanın aparıcı mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısından rekord həcmdə qaz idxal edib.
Financial Times nəşrinin analitik şirkət Kpler-in məlumatlarına istinadən yaydığı xəbərə görə, Avropa ölkələri bu dövrdə Sibirdə yerləşən aparıcı Rusiya LNG zavodunun istehsal etdiyi məhsulun demək olar ki, hamısını satın alıblar.
Məlumata əsasən, bu göstərici Aİ-nin Rusiya enerji resurslarından asılılığını azaltmaq istiqamətində atdığı addımlara baxmayaraq, Rusiya LNG-sinə tələbatın hələ də yüksək olaraq qaldığını nümayiş etdirir.
Ekspertlər hesab edirlər ki, Avropanın enerji təhlükəsizliyi və alternativ təchizat mənbələrinin məhdudluğu bəzi üzv ölkələri Rusiya mənşəli mayeləşdirilmiş təbii qaz alışını davam etdirməyə məcbur edir.
//Samir Qurbanov, Editor.az

