Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsindən məlumat verilib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:18-də baş verib. Zəlzələnin episentri Kıren yaşayış məntəqəsindən 7.6 kilometr şimal-qərbdə, Arşan qəsəbəsindən isə 34 kilometr aralıda yerləşib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatına əsasən, İrkutsk, Anqarsk, Şelexov, Slyudyanka və digər bir sıra yaşayış məntəqələrində zəlzələ 3 bal gücündə hiss olunub. Tunkin rayonunun özündə yerli sakinlər zəif təkanlar hiss ediblər.
FHN-in xüsusi qrupları tərəfindən binaların, sosial əhəmiyyətli və infrastruktur obyektlərinin vəziyyətinin yoxlanılması işləri təşkil olunub.

