Həkim: Gündə 300 qramdan çox giləmeyvə istehlakı sağlamlıq üçün risk yarada bilərbackend

Həkim: Gündə 300 qramdan çox giləmeyvə istehlakı sağlamlıq üçün risk yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlam yetkin insan üçün gündəlik təhlükəsiz giləmeyvə istehlakı təxminən 150–300 qram hesab olunur.

Editor.az xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov bildirib.

Həkimin sözlərinə görə, çiyələk, moruq, qaragilə, qarağat, albalı və digər giləmeyvələr vitamin, antioksidant və liflə zəngin olsa da, onların həddindən artıq qəbulu həzm sisteminə əlavə yük yarada bilər. Xüsusilə üzüm, gilas və şirin çiyələk kimi şəkər tərkibi yüksək olan giləmeyvələrin böyük porsiyalarla yeyilməsi qanda qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, şəkərli diabet, insulin müqaviməti və ya maddələr mübadiləsi pozğunluğu olan şəxslər giləmeyvə istehlakının miqdarını həkimlə məsləhətləşərək müəyyən etməlidirlər.

Belousovun sözlərinə görə, normadan artıq giləmeyvə qəbulu qarında köp, qaz, ağrı və ishal kimi həzm problemlərinə yol aça bilər. Bundan əlavə, bəzi insanlarda müəyyən giləmeyvə növləri qaşınma, səpkilər, ödem və ağız boşluğunda narahatlıq kimi allergik reaksiyalar da yarada bilər.

Həkim balanslı qidalanmaya riayət etməyi və giləmeyvələri də tövsiyə olunan gündəlik norma çərçivəsində istehlak etməyi məsləhət görüb.

//Gülnarə Abasova, Editor.az