Putin Rusiyada neft məhsulları ilə bağlı problemlərin olduğunu etiraf edibbackend

Putin Rusiyada neft məhsulları ilə bağlı problemlərin olduğunu etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın həyata keçirdiyi hücumların ölkənin neft məhsulları sektorunda müəyyən çətinliklər yaratdığını etiraf edib.

Putin bildirib ki, neft emalı və enerji infrastrukturuna endirilən zərbələr yanacaq təminatına təsirsiz ötüşmür. Onun sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması və daxili bazarın yanacaqla təmin olunması üçün müvafiq tədbirlər görülür.

Rusiya lideri yaranmış çətinliklərə baxmayaraq, ölkənin yanacaq-enerji kompleksinin fəaliyyətinin davam etdirildiyini və vəziyyətin nəzarətdə saxlanıldığını vurğulayıb.

//Samir Qurbanov, Editor.az