Almaniya XİN başçısından Rusiya ilə bağlı sərt açıqlamabackend

Almaniya XİN başçısından Rusiya ilə bağlı sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanın təhlükəsizliyinin yalnız Rusiyaya qarşı durmaqla təmin oluna biləcəyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya XİN rəhbəri bu fikirləri Polşanın TVP telekanalına müsahibəsində səsləndirib. Vadeful Rusiyanı NATO, eləcə də Avropanın azadlığı və təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb.

Nazirin sözlərinə görə, Avropa Rusiya ilə qarşılıqlı anlaşmanın mümkünlüyü barədə illüziyalardan imtina edərək “ağır dərs” alıb. O, mövcud şəraitdə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Biz aydın şəkildə dərk etməliyik ki, hazırkı şəraitdə və yaxın gələcəkdə vəziyyətin dəyişəcəyinə dair heç bir əlamət görmürəm, Avropada təhlükəsizliyi yalnız Rusiyaya baxmayaraq təmin edə bilərik. Bu, acı və sadə reallıqdır”, – deyə Vadeful bildirib.

Alman diplomat eyni zamanda qeyd edib ki, NATO üzvü olan Polşaya qarşı hər hansı hücum baş verərsə, Almaniya ordusu ölkənin müdafiəsi üçün dərhal hərəkətə keçəcək. Onun sözlərinə görə, Alyansın ərazisinin hər qarışı müdafiə olunacaq.

//Gülnarə Abasova, Editor.az