İran ABŞ-a Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtlərini vasitəçilər üzərindən çatdırıb.
Editor.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi məlumat verib. Onun sözlərinə görə, Tehran boğazın açılması məsələsində Vaşinqtondan konkret addımlar gözləyir. Məlumatı İranın Tasnim agentliyi yayıb.
İran tərəfi daha əvvəl də bildirib ki, Hörmüz boğazının tam şəkildə açılması ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması, hərbi blokadanın sona çatması və digər tələblərin yerinə yetirilməsindən asılıdır.
Hörmüz boğazı qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır.
Marşrutda yaranan uzunmüddətli məhdudiyyətlər artıq neft bazarlarına təsir göstərib: çərşənbə axşamı Brent markalı neftin qiyməti 88 dollara yüksəlib.
Hazırda ABŞ və İran arasında boğazın açılması ilə bağlı danışıqlar davam edir. Lakin tərəflərin əsas tələbləri üzrə razılıq əldə olunması hələlik mümkün olmayıb.
//Samir Qurbanov, Editor.az

