ABŞ-da Trampın helikopteri ilə bağlı insidentin detalları açıqlanıbbackend

ABŞ-da Trampın helikopteri ilə bağlı insidentin detalları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın olduğu hərbi helikopterlə sərnişin təyyarəsinin təhlükəli yaxınlaşması zamanı rabitə ilə bağlı problemlərin yaşandığı açıqlanıb.

ABŞ-nin Nəqliyyat naziri Şon Daffi bildirib ki, insident zamanı Federal Aviasiya Administrasiyası (FAA) ilə prezidentin helikopter heyəti arasında rabitə məsələləri diqqət çəkib. O, bu problemlərin aradan qaldırılması üçün tədbirlər görüldüyünü söyləyib.

Hadisə Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanı yaxınlığında baş verib. Trampı daşıyan “Marine One” helikopteri ilə sərnişin təyyarəsi təhlükəli məsafədə yaxınlaşıb.
ABŞ Federal Aviasiya Administrasiyası insidentlə bağlı araşdırma aparır. Hadisə aviasiya təhlükəsizliyi və hava hərəkətinin idarə olunması sistemindəki problemlərlə bağlı yeni suallar yaradıb.

Daffinin sözlərinə görə, ABŞ hava hərəkətinin idarə olunması sisteminin modernləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu çərçivədə yeni radar və rabitə sistemlərinin tətbiqi planlaşdırılır.

//Samir Qurbanov, Editor.az