Almaniyada alimlər geotermal enerjidən kömürə alternativ istilik mənbəyi kimi istifadə istiqamətində mühüm nəticələr əldə ediblər.
Ölkənin Vaysvayler (Weisweiler) şəhəri yaxınlığında aparılan kəşfiyyat qazmaları nəticəsində Reyn bölgəsində yeraltı süxurların istilik ehtiyatları barədə yeni geoloji məlumatlar toplanıb. Mütəxəssislər bildirirlər ki, bu məlumatlar yeraltı istilik mənbələrinin daha dəqiq qiymətləndirilməsinə və geotermal istilik sistemlərinin inkişafının sürətlənməsinə imkan verəcək.
Layihə Almaniyanın kömürdən mərhələli şəkildə imtina strategiyasının tərkib hissəsi hesab olunur. Geotermal enerji ilin bütün dövrü ərzində sabit istilik mənbəyi olduğundan, gələcəkdə mərkəzləşdirilmiş istilik şəbəkələrinin əsas enerji mənbələrindən birinə çevrilə bilər.
//Samir Qurbanov, Editor.az

