Həkim gənə dişləməsi zamanı edilən ən çox rast gəlinən səhvləri açıqlayıbbackend

Həkim gənə dişləməsi zamanı edilən ən çox rast gəlinən səhvləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənə dişlədikdən sonra insanların yol verdiyi səhvlər həmin parazitlərin daşıdığı infeksiyalar qədər təhlükəli ola bilər.

Editor.az xəbər verir ki, bu barədə terapevt Natalya Kolomiyets danışıb.

Həkimin sözlərinə görə, bir çox insan gənə dişlədikdən sonra yalnız özünü necə hiss etdiyinə diqqət yetirir. Bədən hərarəti normal olduğu və halsızlıq müşahidə edilmədiyi halda heç bir tədbir görülmür. Lakin bu yanaşma yanlışdır, çünki gənələrin yaydığı bəzi infeksiyalar uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər.

Mütəxəssis bildirib ki, ən geniş yayılmış səhvlərdən biri də gənənin düzgün çıxarılmamasıdır. Onun sözlərinə görə, gənənin üzərinə yağ, krem və ya digər mayelər tökmək, onu kobud şəkildə dartaraq çıxarmaq və daha sonra atmaq qətiyyən tövsiyə edilmir.

Həkim qeyd edib ki, gənə ehtiyatla çıxarılmalı, hermetik qabda saxlanılmalı və imkan daxilində laborator müayinəyə göndərilməlidir. Ən təhlükəsiz yol isə bu prosedurun tibb işçiləri tərəfindən həyata keçirilməsidir. Çünki düzgün çıxarılmadıqda gənənin bir hissəsi dəridə qala bilər ki, bu da sonradan onun çıxarılmasını çətinləşdirir.

Kolomiyets əlavə edib ki, çıxarılan gənənin PCR üsulu ilə müayinəsi ilk günlərdə ən informativ hesab olunur. Bu analiz vasitəsilə parazitin hər hansı təhlükəli infeksiyanın daşıyıcısı olub-olmadığını müəyyən etmək mümkündür.

Mütəxəssis sonda vurğulayıb ki, gənə mənşəli infeksiyaların əlamətləri dişləmədən dərhal sonra deyil, bir neçə gün, hətta həftələr sonra da üzə çıxa bilər. Buna görə də gənə dişləməsindən sonrakı iki həftə ərzində yaranan, adi soyuqdəyməyə bənzər simptomlar belə diqqətdən kənarda qalmamalı və həkimə müraciət edilməlidir.

//Gülnarə Abasova, Editor.az