Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılmasının tərəfdarı olaraq qalır və münaqişə tərəfləri arasında əlaqə kanallarını açıq saxlamağa davam edir.
Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün əldə olunması üçün vasitəçilik səylərini davam etdirəcək. O vurğulayıb ki, münaqişənin həlli yalnız dialoq və diplomatik danışıqlar yolu ilə mümkündür.
Türkiyə lideri, həmçinin, zərurət yaranacağı təqdirdə Ankara və ya İstanbulun tərəflər arasında yeni danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

