Həməninin dəfn mərasiminə rekord iştirak: 40 milyondan çox insan vida etdibackend

Həməninin dəfn mərasiminə rekord iştirak: 40 milyondan çox insan vida etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Ayətullah Əli Həməninin altı gün davam edən dəfn mərasimlərində ümumilikdə 40 milyondan çox insanın iştirak etdiyi bildirilir. Bu göstərici təsdiqlənəcəyi təqdirdə, mərasim dünya tarixinin ən izdihamlı vida mərasimlərindən biri kimi qeydə alına bilər.

Editor.az xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, dəfn mərasimləri İranın Tehran, Qum və Məşhəd şəhərləri ilə yanaşı, İraqın Nəcəf və Kərbəla şəhərlərində də təşkil olunub. Milyonlarla insan küçələrə axışaraq Həməni ilə vidalaşıb.

İran rəsmilərinin açıqlamalarına əsasən, mərasimlərdə iştirak edənlərin ümumi sayı 40 milyonu ötüb. Bununla yanaşı, müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri də vida tədbirlərinə qatılıblar.

Mərasimlər zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilib. Xüsusilə Tehran, Nəcəf və Kərbəlada böyük insan axını səbəbindən bəzi marşrutlarda hərəkət məhdudlaşdırılıb və proqramda müəyyən dəyişikliklər edilib.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, Həməninin dəfn mərasiminə göstərilən kütləvi iştirak təkcə dini deyil, həm də siyasi və simvolik məna daşıyır. Analitiklərin fikrincə, İran rəhbərliyi bununla həm ölkə daxilində birlik nümayiş etdirməyə, həm də beynəlxalq ictimaiyyətə siyasi mesaj verməyə çalışıb.

//Gülnarə Abasova, Editor.az