İspaniyada meşə yanğını faciəsi: 12 nəfər həyatını itiribbackend

İspaniyada meşə yanğını faciəsi: 12 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Almeriya əyalətində baş verən güclü meşə yanğını nəticəsində azı 12 nəfər ölüb.

Editor.az xəbər verir ki, bu barədə ölkənin RTVE teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, həlak olan şəxslərin cəsədləri Bedar bələdiyyəsinə aid yaşayış məntəqəsində aşkarlanıb. Onlardan bəzisi alovun bürüdüyü avtomobillərin içərisində tapılıb.

Andalusiya Muxtar Bölgəsinin fövqəladə hallar üzrə səlahiyyətlərini icra edən naziri Antonio Sans bildirib ki, bu yanğın regionda son dövrün ən dağıdıcı təbii fəlakətlərindən biridir. Hadisə ilə əlaqədar yanğın təhlükəsinin səviyyəsi ikinci dərəcəyə qaldırılıb.

Yanğının söndürülməsi üçün təxminən 150 nəfərlik şəxsi heyət və xüsusi texnika cəlb olunub. Təxminən 1000 sakin təhlükəsizlik məqsədilə təxliyə edilib.

Rəsmilərin məlumatına əsasən, “112” təcili yardım xidmətinə 150-dən çox müraciət daxil olub. Şahidlərin sözlərinə görə, yanğının yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində başladığı ehtimal edilir.

Qeyd edək ki, iyunun sonlarında İspaniyada müşahidə olunan anomal isti hava şəraitinin min nəfərdən çox insanın ölümünə səbəb olduğu bildirilmişdi. Bu, ölkədə 2015-ci ildən aparılan statistika dövründə qeydə alınan ən yüksək göstəricilərdən biri hesab olunur.

//Gülnarə Abasova, Editor.az