Generala yüksək vəzifə verildibackend

Generala yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) yeni təyinat olub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Ramil Həsənov SOMDA rəisi Sərdar Səfərovun müavini təyin edilib.

Qeyd edək ki, R.Həsənov Vətən müharibəsi iştirakçısıdır. General bundan əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib.