Ukrayna Rusiyanın iri neft emalı obyektini və 18 gəmisini hədəf aldığını açıqlayıbbackend

Ukrayna Rusiyanın iri neft emalı obyektini və 18 gəmisini hədəf aldığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iyulun 10-na keçən gecə həyata keçirilən zərbələr nəticəsində Rusiyanın bir sıra strateji yanacaq və logistika obyektləri vurulub.

Məlumata görə, zərbələrdən sonra “İlski” Neft Emalı Zavodu, “NOVATEK–Ust-Luqa” neft emalı kompleksi, “Kurqanneftprodukt” neft terminalı və “Azovneftprodukt” neft bazasında yanğın və güclü tüstülənmə qeydə alınıb.

Baş Qərargahın açıqlamasında həmçinin qeyd olunub ki, əməliyyat zamanı düşmənə məxsus 18 gəmi də zərbələrin hədəfinə çevrilib.
Rusiya tərəfi isə yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az