ABŞ-nin İrana yeni zərbələri: “Şillə” əməliyyatıbackend

ABŞ-nin İrana yeni zərbələri: “Şillə” əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi yeni hərbi zərbələr ABŞ administrasiyasının bəzi nümayəndələri tərəfindən qeyri-rəsmi olaraq “Şillə” əməliyyatı adlandırılır.

Oxu.Az xəbər verir ki, bu barədə “New York Post” (NY Post) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatına əsasən, bu adlandırma administrasiyadakı bəzi şəxslərin hərbi əməliyyatların “ağrılı, ancaq tez” yekunlaşacağına olan ümidlərini ifadə edir. Ağ Evdəki mənbə nəşrə verdiyi açıqlamada bildirib ki, ABŞ prezidenti Donald Tramp hər şeyin tezliklə bitməsini arzulayır. Lakin İran tərəfi gəmiləri hədəfə alarsa, o, buna səssiz qalmayacaq.

Nəşr qeyd edir ki, bəzi yüksəkrütbəli rəsmilər “Şillə” ifadəsini həm şifahi danışıqlarda, həm də elektron poçt vasitəsilə yazışmalarda işlədirlər. Bununla yanaşı, bəzi mənbələr bu cür addan məlumatsız olduqlarını bildiriblər. Əməliyyatın rəsmi adının isə “Epik qəzəb” olduğu açıqlanıb.