Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.
Editor.az “Report”a istinadən xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.


