“Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında vizasız rejimin mümkün tətbiqinin dəqiq vaxtını müzakirə etmək hələ tezdir”.
Editor.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinho sentyabrın 7-də brifinq zamanı bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 2-də bəyan edib ki, Aİ ölkələri ilə vizasız gediş-gəliş 2029-cu ilə qədər Ermənistan vətəndaşları üçün effektiv olacaq.
Həmin gün AK prezidenti Ursula fon der Leyen İrəvanın həqiqətən də vizasız gediş-gəliş üçün bütün lazımi şərtlərin yerinə yetirilməsi istiqamətində mühüm irəliləyiş əldə etdiyini qeyd edib və onun agentliyinin 2026-cı ilin payızında yeni qiymətləndirmə missiyası həyata keçirəcəyini də deyib.
//Dəniz Pənahova, Editor.az

