Ərdoğana sui-qəsd cəhdində yeni DETALLAR: 10 şübhəlibackend

Ərdoğana sui-qəsd cəhdində yeni DETALLAR: 10 şübhəli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 iyul dövlət çevrilişi cəhdi zamanı AKP prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan sui-qəsd qrupunun üzvü olduğu təsbit edilərək 10 il həbs olunan kapitan Burkay Qaratəpəyə maliyyə dəstəyi verdiyi iddiası ilə saxlanılan 10 şübhəli ədliyyəyə sövq edilib.

Editor.az xəbər verir ki, Muğla Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ ilə əlaqəsi olduğu təsbit edilən şübhəlilərdən və Burkay Qaratəpədən ələ keçirilən rəqəmsal materiallar araşdırılıb.

Araşdırmalardan sonra Qaratəpəyə qaçaq ikən maddi yardım etdiyi müəyyən edilən şəxslərə qarşı əməliyyat başladılıb.

//Dəniz Pənahova, Editor.az