Baltikyanı ölkələrin kəşfiyyat xidmətləri Avropada ən zəif göstəricilərə malik qurumlar arasında yer alıb.
Editor.az xəbər verir ki, məlumata görə, Fransa mediasının 60 kəşfiyyat eksperti ilə aparılan məsləhətləşmələr əsasında hazırladığı reytinqdə Baltikyanı ölkələr aşağı sıralarda qərarlaşıb.
Reytinqdə Estoniya Baltikyanı ölkələr arasında ən yüksək nəticəni göstərərək 8-ci pillədə qərarlaşıb və 27 bal toplayıb.
Litva 8 xalla 18-ci, Latviya isə cəmi 1 xalla 21-ci, yəni sonuncu pillədə yer alıb.
Beləliklə, üç Baltikyanı ölkədən yalnız Estoniya ilk onluqda qərarlaşıb.
//Samir Qurbanov, Editor.az

