Cənubi Koreya Ukraynaya ölümcül silahların tədarükü ilə bağlı mövqeyini dəyişməyəcək.
Seul Kiyevin silah yardımı ilə bağlı çağırışına cavab olaraq mövcud siyasətinə sadiq qalacağını açıqlayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkə Ukraynaya ölümcül silahların birbaşa tədarükünü nəzərdə tutan siyasət yürütmür.
Editor.az xəbər verir ki, məlumata görə, bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin Cənubi Koreyadan, xüsusilə hava hücumundan müdafiə vasitələri sahəsində hərbi dəstək göstərilməsi ilə bağlı çağırışından sonra səsləndirilib.
Seul eyni zamanda Ukraynaya humanitar və digər qeyri-öldürücü yardımların göstərilməsini davam etdirəcəyini bildirib.
Beləliklə, Cənubi Koreya Kiyevin hərbi yardım çağırışına baxmayaraq, Ukraynaya ölümcül silahların göndərilməsi məsələsində mövcud mövqeyini qoruyur.
//Samir Qurbanov, Editor.az

