Böyük Britaniyaya La-Manş boğazı üzərindən bir qayıqla rekord sayda miqrant çatıb.
Editor.az xəbər verir ki, “Sky News”un məlumatına görə, bazar ertəsi səhər saatlarında 230 nəfər kiçik qayıqla Böyük Britaniyaya gəlib. Bu, La-Manş boğazını bir qayıqla keçərək ölkəyə çatan insanların sayına görə indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Bundan əvvəlki rekord ötən ay qeydə alınıb. Həmin vaxt 165 nəfər bir qayıqla boğazı keçərək Böyük Britaniyaya çatmışdı.
Britaniya hakimiyyəti miqrant qaçaqmalçılığı ilə məşğul olan dəstələrin daha böyük və həddindən artıq yüklənmiş qayıqlardan istifadə etməsinin insanların həyatını ciddi təhlükəyə atdığını bildirir.
//Samir Qurbanov, Editor.az

