Hörmüz boğazındakı böhran Avropanın qış hazırlığını çətinləşdirir
Yaxın Şərqdəki müharibənin enerji bazarlarına təsiri Avropada ciddi narahatlıq yaradıb. Təbii qazın qiymətinin yüksəlməsi Avropa ölkələrinin qış mövsümünə hazırlığını çətinləşdirir.
Editor.az xəbər verir ki, Reuters-in təhlilinə görə, Avropada qazın qiyməti meqavat-saat üçün 75 avronu keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
Avropanın qaz anbarlarının doluluq səviyyəsi də narahatlıq yaradır. Qitənin anbarları hazırda təxminən 66 faiz səviyyəsindədir.
Almaniya və Niderland kimi mühüm qaz bazarlarında göstəricilər daha aşağıdır.
Böhrətin əsas səbəblərindən biri Yaxın Şərqdən Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünün ciddi şəkildə azalmasıdır.
Asiyada isti hava səbəbindən enerji tələbatının yüksəlməsi də Avropanın qaz uğrunda rəqabətini gücləndirib.
Ekspertlər xəbərdarlıq edirlər ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması Avropanın sənayesinə, inflyasiyaya və əhalinin kommunal xərclərinə ciddi təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

