Cənubi Koreya Şimali Koreya ilə hərbi danışıqların bərpasını təklif etdibackend

Cənubi Koreya Şimali Koreya ilə hərbi danışıqların bərpasını təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyaya iki ölkə arasındakı quru sərhədinin dəqiq müəyyənləşdirilməsi və mümkün hərbi toqquşmaların qarşısının alınması məqsədilə danışıqlar aparmağı təklif edib.

Editor.az xəbər verir ki, Reuters agentliyinin oktyabrın 23-də yaydığı məlumata görə, Seulun bu təşəbbüsü sentyabr ayında hərbsizləşdirilmiş zonada baş vermiş mina partlayışından sonra irəli sürülüb. Hadisə nəticəsində Cənubi Koreya hərbçiləri xəsarət alıblar.

Cənubi Koreyanın müdafiə nazirinin müavini Kim Honq Çxol bildirib ki, tərəflər sərhəd xəttinin mövqeyi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmalı, hərbi rabitə kanallarını bərpa etməli və gözlənilməz insidentlərin qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Seul daha əvvəl də Pxenyana oxşar təkliflə müraciət etsə də, Şimali Koreya buna cavab verməyib. Tərəflər mina partlayışına görə məsuliyyət məsələsində də razılığa gələ bilməyiblər.

//Samir Qurbanov, Editor.az