ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi dövlətlərinin liderləri və xarici işlər nazirləri ilə İranla bağlı görüş keçirməyi planlaşdırır.
Editor.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Axios” mənbələrə istinadən yayıb.
Portalın məlumatına görə, görüş 22 sentyabrda baş tuta bilər və Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanından nümayəndələrin iştirakı ilə keçiriləcək.
Görüşdə İranla bağlı “ABŞ-ın müharibədən sonrakı strategiya ideyaları”nın müzakirə olunacağı gözlənilir.

