Avstraliyada raket çatışmazlığı ilə bağlı narahatlıq artırbackend

Avstraliyada raket çatışmazlığı ilə bağlı narahatlıq artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya Hind-Sakit okean regionunda genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə raket çatışmazlığı ilə üzləşə bilər. Buna səbəb ölkənin raket və digər sursatların tədarükündə ABŞ-dan ciddi şəkildə asılı olmasıdır. ABŞ ilə İran arasında Yaxın Şərqdə davam edən qarşıdurma fonunda Kanberra öz raket ehtiyatlarının vəziyyətindən narahatlıq keçirməyə başlayıb. Avstraliyanın böyük həcmdə sursat istehsal etmək imkanlarının məhdud olması ölkəni xarici tədarükdən asılı vəziyyətə salır. 

Editor.az-ın məlumatına görə, Avstraliya müxalifətinin müdafiə məsələləri üzrə nümayəndəsi Ceyms Paterson bildirib ki, Hind-Sakit okean regionunda yüksək intensivlikli münaqişə yaranacağı təqdirdə ölkə zərbə və raketdən müdafiə imkanları baxımından həssas vəziyyətdə qala bilər. O, Avstraliya ərazisində raket istehsalının artırılmasının zəruri olduğunu vurğulayıb. 

Dəniz təhlükəsizliyi üzrə ekspert Cennifer Parker isə qeyd edib ki, hərbi qarşıdurma zamanı dövlətlər ilk növbədə öz ehtiyaclarını təmin etməyə çalışacaqlar. Bu səbəbdən Avstraliyanın yalnız ABŞ-dan silah tədarükünə güvənməsi mümkün münaqişə zamanı ciddi risk yarada bilər. 

Məlumata görə, ABŞ-da da silah və sursat ehtiyatları ilə bağlı narahatlıq artır. Pentaqon hərbi şirkətlərdən ABŞ Silahlı Qüvvələri üçün silah və sursat istehsalını və tədarükünü sürətləndirməyi tələb edib. Bu vəziyyət qlobal silah-sursat istehsalı və tədarük zəncirinin ciddi təzyiq altında olduğunu göstərir.

//Gülnarə Abasova, Editor.az