ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsi Avropa üzərində uçuş zamanı fövqəladə vəziyyət siqnalı verib.
Editor.az xəbər verir ki, bu barədə uçuşların izlənməsi xidməti Flightradar24-ün məlumatlarına istinadən xəbər verilir.
Məlumata görə, təyyarənin transponderində 7700 kodu qeydə alınıb
. Aviasiyada bu kod ümumi fövqəladə vəziyyəti bildirir və hava hərəkətinin idarə edilməsi xidmətlərinə təyyarənin prioritet yardıma ehtiyacı olduğunu göstərir.
Hadisənin səbəbi, təyyarənin hansı texniki problemlə üzləşdiyi və ekipajın vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, 7700 kodunun verilməsi avtomatik olaraq təyyarənin qəzaya uğrama təhlükəsində olduğunu göstərmir. Bu siqnal müxtəlif texniki, tibbi və digər fövqəladə hallarda istifadə oluna bilər.

