Rusiya Qara dənizdə Ukraynadan daha çox itki verir – Pletencukbackend

Rusiya Qara dənizdə Ukraynadan daha çox itki verir – Pletencuk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara dənizdəki qarşıdurmada Ukraynadan daha böyük itkilərlə üzləşir. Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletencuk telemarafonun efirində bildirib.

Pletencukun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsulları daşıyan gəmilərə qarşı hücumların dayandırılması ilə bağlı razılaşmalardan imtina etməsinə baxmayaraq, Ukraynanın dəniz dəhlizi fəaliyyətini davam etdirir və mülki gəmilərin hərəkəti təmin olunur.

“Bu oyunda nominal itkiləri nəzərə alsaq, Rusiya bizdən xeyli çox itki verir”, – deyə Pletencuk bildirib.
Ukrayna rəsmisi həmçinin Rusiyanın Qara dənizdəki limanlarının fəaliyyətində ciddi problemlər yarandığını qeyd edib. Onun sözlərinə görə, Novorossiysk liman kompleksində yükləmə həcmi kəskin azalıb və göstəricilər minimum səviyyəyə yaxınlaşıb.

Pletencuk Rusiyanın Qara dəniz limanlarının ölkənin taxıl ixracında mühüm paya malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, limanlardakı problemlər Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına ciddi təsir göstərə bilər.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü əlavə edib ki, Kiyev Qara dənizdə mülki dəniz dəhlizinin fəaliyyətini qorumaqla yanaşı, onun imkanlarını genişləndirməyə çalışır.

//Samir Qurbanov, Editor.az