Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs edilib.
“Report”un News.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlayıb.
Onun sözlərinə görə, Sedrak Köçəryanın görüş hüququ da məhdudlaşdırılıb. Ona yalnız həyat yoldaşı və uşaqları ilə görüşməyə icazə verilib.

