Maldivə səyahət bahalaşa bilər: Yeni vergi qərarıbackend

Maldivə səyahət bahalaşa bilər: Yeni vergi qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maldiv Parlamenti xarici turoperatorların, turizm agentliklərinin və onlayn bronlaşdırma sistemlərinin respublikanın vergi xidmətində qeydiyyatdan keçməsini və turizm vergisi ödəməsini tələb edən qanun layihəsini qəbul edib.

Bu barədə “Atoll Times” nəşri yazıb.

Məlumata görə, xarici turoperatorlar, turizm agentlikləri və ofşor bronlaşdırma platformaları Maldivin Vergi Xidmətində (MIRA) qeydiyyatdan keçməli və Maldiv xidmətlərinin satışı üzrə müqavilələrdən turizm vergisi (TGST) ödəməlidirlər. Bütün bu tələblər oktyabr ayında qüvvəyə minəcək.

Ehtimal edilir ki, yeni vergi dövlətə ildə təxminən 1,6 milyard Maldiv rupisi (103,5 milyon ABŞ dolları) gəlir gətirəcək.

Hazırda Maldiv adalarında fiziki olaraq mövcud olmayan turizm müəssisələri üçün “təyinat ölkəsi” prinsipi tətbiq olunur. Bu qaydaya əsasən, vergi satıcının və alıcının coğrafi yerindən asılı olmayaraq, Maldiv adalarında göstərilən xidmətlərə tətbiq olunur./Oxu.az