Ukrayna iqtisadiyyatına müharibə dövründə 4,3 milyard dollar sərmayə yatırılıbbackend

Ukrayna iqtisadiyyatına müharibə dövründə 4,3 milyard dollar sərmayə yatırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı milyarder Rinat Ahmetova məxsus System Capital Management (SCM) şirkətlər qrupu Rusiyanın genişmiqyaslı müharibəsinin başladığı 2022-ci ilin fevralından etibarən Ukrayna iqtisadiyyatına 168,5 milyard qrivna (4,3 milyard dollar) investisiya yatırıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
SCM-nin məlumatına görə, şirkətin fəaliyyətə başladığı vaxtdan Ukraynaya yatırdığı ümumi investisiyaların həcmi 377 milyard qrivnadan (18 milyard dollar) çox olub.

Editor.az xəbər verir ki, Bundan əlavə, SCM-nin biznes strukturları, Rinat Ahmetov Fondu, «Azovstalın Ürəyi» təşəbbüsü və «Şaxtyor» futbol klubu müharibə ərzində Ukrayna ordusuna və mülki əhaliyə dəstək məqsədilə 14,6 milyard qrivnadan (təxminən 392 milyon dollar) çox vəsait ayırıb.
Şirkətin bildirdiyinə görə, yardım çərçivəsində hərbçilərə texnika, dronlar, rabitə vasitələri, termal kameralar və digər avadanlıqlar təqdim olunur. SCM strukturları, həmçinin müharibə nəticəsində zərər görmüş infrastrukturun bərpası və enerji sisteminin yenidən qurulması istiqamətində layihələr həyata keçirir.

//Samir Qurbanov, Editor.az