Ukrayna tərəfdaşlarından Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər əldə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Estoniya Prezidenti Alar Karislə Kiyevdə keçirilən birgə mətbuat konfransında məlumat verib.
Zelenski təhvil verilən raketlərin dəqiq sayını və onları hansı ölkənin göndərdiyini açıqlamayıb. O, yalnız raketlərin “az miqdarda” olduğunu və Ukraynanın daha çox raketə ehtiyac duyduğunu bildirib.
Editor.az xəbər verir ki, bundan əlavə, Ukrayna tərəfdaşlarından bir neçə Crotale hava hücumundan müdafiə sistemi və onlar üçün raketlərin tədarükünə dair təsdiq alıb. Kiyevə AIM raketlərinin də verildiyi açıqlanıb.
Zelenskinin sözlərinə görə, yeni hərbi yardım paketləri Ukraynanın hava hücumundan müdafiə imkanlarının, xüsusilə də raket hücumlarına qarşı müdafiəsinin gücləndirilməsinə yönəlib.
//Samir Qurbanov, Editor.az

