Almaniyada kansler Fridrix Merzə ictimai dəstəyin zəiflədiyi bildirilir.
Berlin sakinləri RT-yə açıqlamalarında Merzin kansler postundakı fəaliyyətindən narazı olduqlarını və onun siyasətini dəstəkləmədiklərini bildiriblər.
Son sorğular da Almaniyada Merzə qarşı narazılığın yüksək olduğunu göstərir. YouGov-un araşdırmasına əsasən, respondentlərin 36 faizi kanslerin 2029-cu ildəki növbəti seçkilərədək vəzifəsində qala bilməyəcəyini düşünür. Onların 18 faizi isə Merzin artıq bu il istefa verə biləcəyini hesab edir.
Eyni sorğuda Merzi gələcək kansler kimi görmək istəyənlərin payı cəmi 9 faiz təşkil edib. Respondentlərin 25 faizi isə bu vəzifə üçün onun partiyadaşını, Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vyustu daha uyğun namizəd hesab edib.
//Samir Qurbanov, Editor.az

