Pakistanda xəstəxanada yanğın: 14 yeni doğulmuş körpə həyatını itiribbackend

Pakistanda xəstəxanada yanğın: 14 yeni doğulmuş körpə həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın paytaxtı İslamabadda yerləşən xəstəxanada baş verən yanğın nəticəsində azı 14 yeni doğulmuş körpə həlak olub. Məlumata görə, yanğın Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verib. Hadisə zamanı şöbədə yeni doğulmuş körpələrin olduğu bildirilir.

Editor.az Pakistanın Geo telekanalına istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yanğına kondisionerin kompressorunda baş verən partlayış səbəb olub.

Hazırda yanğınsöndürənlər alovun söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

Hadisənin digər təfərrüatları, o cümlədən ölən və yaralananların dəqiq sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az