Kanada ABŞ mallarına qarşı cavab rüsumları tətbiq edəcəkbackend

Kanada ABŞ mallarına qarşı cavab rüsumları tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hökuməti sentyabrın 8-dən etibarən ABŞ-dan idxal olunan ümumi dəyəri 27,6 milyard dollar olan məhsullara 15, 25 və 50 faiz həcmində cavab rüsumları tətbiq edəcək.

Editor.az xəbər verir ki, bu barədə Kanadanın Maliyyə Nazirliyi məlumat yayıb.

Yeni rüsumlar əsasən polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, sellüloz-kağız sənayesi və elektronika sektorlarına şamil olunacaq.

Qərar ABŞ və Kanada arasında ticarət danışıqlarının nəticəsiz başa çatmasından sonra qəbul edilib. Danışıqların son mərhələsində avtomobillərə tətbiq olunan tariflər, ABŞ-ın Kanadanın resurslarına çıxışı və Ottavanın üçüncü ölkələrlə ticarət sazişləri bağlamaq hüququ ilə bağlı fikir ayrılıqları yaranıb.

ABŞ prezidenti Donald Tramp avqustun 25-də özünün Truth Social hesabında Kanada rəhbərliyini sərt şəkildə tənqid edib və Ottavanı mümkün nəticələrlə bağlı xəbərdar edib. Vaşinqton danışıqların pozulmasına görə Kanada tərəfini günahlandırarkən, Kanada ABŞ-ı razılaşmanın şərtlərini dəyişməkdə ittiham edir.

ABŞ tərəfi isə 2027-ci ildən etibarən Kanadadan idxal olunan bəzi məhsullara tətbiq edilən rüsumların 50 faizə qədər artırıla biləcəyini açıqlayıb. Bununla da iki ölkə arasında ticarət mübahisəsinin daha da dərinləşməsi ehtimalı artır.

Kanada daha əvvəl ABŞ-ın tətbiq etdiyi rüsumlara cavab olaraq ölkədən ABŞ-a elektrik enerjisi tədarükünü dayandırmaq imkanını da gündəmə gətirmişdi.

//Gülnarə Abasova, Editor.az