Azərbaycanda avtobuslarla bağlı yeni hədəf: Köhnə nəqliyyat vasitələri yenilənəcəkbackend

Azərbaycanda avtobuslarla bağlı yeni hədəf: Köhnə nəqliyyat vasitələri yenilənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesi 2027-ci ildə başa çatdırıla bilər. Nəqliyyat vasitələrinin yenilənməsi ilə bağlı hədəfi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov açıqlayıb.

Editor.az-ın Report-a istinadən verdiyi məlumata görə, nazir müavini bu barədə Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda danışıb.

Onun sözlərinə görə, bu gün Bakı şəhərində artıq 2 600-ə yaxın avtobus hərəkətdədir: “Son 3 il müddətində avtobusların sayı 1 700-dən 2 600-ə qədər, yəni 900 ədəd artırılıb. Bu artan nəqliyyat vasitələrinin hər biri ekoloji təmiz nəqliyyat vasitələridir. Söhbət CNG və elektriklə işləyən avtobuslardan gedir. Növbəti illərdə bu keçid prosesinin tamamilə başa çatdırılması hədəf kimi qoyulub. Bu ilin sonuna gözləntimiz odur ki, dövriyyədə təqribən 500-ə yaxın belə avtobus olacaq”.