Tramp anons etdi: Nəhayət ki, Putinlə Zelenskini görüşdürəcəkbackend

Tramp anons etdi: Nəhayət ki, Putinlə Zelenskini görüşdürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ-ın Rusiya və Ukrayna ilə münasibətlərində əhəmiyyətli irəliləyiş var və yaxın vaxtlarda görüşün təşkili nəzərdə tutulur.

Jurnalistlərin görüşün kimlərlə keçiriləcəyi barədə sualını cavablandıran Tramp “Prezident Putin və Prezident Zelenski ilə”, – deyə bildirib.