Azərbaycanlı bloqerlər Tailandda ağır qəzaya düşdülər – VİDEObackend

Azərbaycanlı bloqerlər Tailandda ağır qəzaya düşdülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı bloqerlər Vahid Həsənov və Həsti Həsənova Tailandda avtoqəzaya düşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə bloqer H.Həsənova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, adadakı son günlərində həyat yoldaşı Vahid Həsənov ilə birlikdə mopedlə hərəkətdə olarkən qəzaya düşüblər.

Həsti Həsənova bildirib ki, hadisə nəticəsində hər ikisi müxtəlif xəsarətlər alıb. O, qəzanın ardından özünü yerdə gördüyünü, ətrafdakı insanların onlara kömək etdiyini qeyd edib.

Bloqerin sözlərinə görə, Vahid Həsənov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq təcili əməliyyata götürülüb. Həkimlər onun doqquz qabırğasında və körpücük sümüyündə sınıq, həmçinin çiyin nahiyəsində çat aşkarlayıblar.

“Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir”, – deyə Həsti Həsənova paylaşımında vurğulayıb.

O özü də qəza zamanı müxtəlif xəsarətlər aldığını, hadisədən sonra güclü şok keçirdiyini bildirib.