“AZPULMAT” müştərilərindən 71 milyon cərimə yığıbbackend

“AZPULMAT” müştərilərindən 71 milyon cərimə yığıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istehlak kreditləri verən “AZPULMAT” və ya “Azpul” BOKT ötən il müştərilərdən topladığı cərimə və penalardan rekord həcmdə gəlir əldə edib.

BOKT-nin audit hesabatına əsasən, 2025-ci ildə “Azpul”un cərimə və penyalardan əldə etdiyi gəlir 70.88 mln. manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 16.5% və ya təxminən 9.86 mln. manat çoxdur. Öncəki ildə bu rəqəm 61.03 mln. manat idi.

Diqqət çəkən məqam isə odur ki, şirkət əsas fəaliyyət istiqaməti olan faiz gəlirlərindən belə bu qədər qazana bilməyib. Belə ki, 2025-ci ildə BOKT-nin faiz gəlirləri 18.62 mln. manat olduğu halda, cərimə və penya gəlirləri bunun təxminən 4 dəfə üzərində olub.

Maliyyə hesabatı göstərir ki, şirkətin 71.26 mln. manatlıq digər gəlirlərinin demək olar ki, hamısı məhz gecikdirilmiş ödənişlərə görə tətbiq olunan cərimə və penalardan formalaşıb.

Eyni zamanda, BOKT-nin kredit portfelində gecikmiş kreditlərin həcmi də kifayət qədər yüksək olaraq qalır.

Hesabata əsasən, 2025-ci ilin sonuna şirkətin ümumi 115 mln. manatlıq kredit portfelinin:

96 mln. manatı 1-30 gün gecikmiş,
44 mln. manatı 31-60 gün gecikmiş,
97 mln. manatı 61-90 gün gecikmiş,
33 mln. manatı isə 90 gündən çox gecikmiş kreditlərdən ibarət olub.
Beləliklə, BOKT-nin kredit portfelinin böyük hissəsini 90 gündən çox gecikmiş problemli kreditlər təşkil edib. BOKT də bu yüksək riskli portfelə görə kreditlər üzrə mümkün zərərlərin qarşılanması məqsədilə 91.96 mln. manat ehtiyat ayırıb.

BOKT 2025-ci ili 11.77 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə ciddi azalma deməkdir. BOKT-nin bölüşdürülməmiş mənfəəti də azalaraq 63.45 mln. manata düşüb. Buna səbəb isə səhmdarlara ödənilən 19 mln. manat dividend olub.

“Azpul” BOKT 2018-ci ildə cəmi 300 min manat nizamnamə kapitalı ilə təsis edilib. 2020-ci ildə Azərbaycan Mərkəzi Bankından BKT-34 nömrəli lisenziya əldə edib./banker.az