Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
“Yeni Sabah” Business Gruzia-ya istinadla xəbər verir ki, bu barədə Hökumət Administrasiyasından məlumat yayılıb.
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmir yolu xidməti 6 illik fasilədən bərpa olunacaq.
Qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksək səviyyəli danışıqlardan sonra elan edilib. Görüşdə tərəflər strateji tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə digər məsələlərlə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulsa da, konkret müddət göstərilməyib.
Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycan tərəfdən qərar verildikdə, bu, rəsmi qaydada ictimaiyyətə çatdırılacaq.
Qeyd olunub ki, hələlik belə bir qərar yoxdur.


