Bakı-Xocəsən yolunda dəhşətli qəza: Ölən və yaralananlar var – YENİLƏNİB + VİDEObackend

Bakı-Xocəsən yolunda dəhşətli qəza: Ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədidə baş verən ağır yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb:

“Qəzada “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır”.

12:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi-Xocəsən yolunda qeydə alınıb.

“Ford Transit” və “Volkswagen Caddy” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az