Bakıda sürücü gənc piyadanı vuraraq öldürdü – FOTObackend

Bakıda sürücü gənc piyadanı vuraraq öldürdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil təxminən 23-25 yaşlı gənc oğlanı (şəxsiyyəti dəqiqləşdiriir-red) vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, “Honda” markalı, 99-TR-850 dövlət seriya nişanlı avtomobil yolu keçən piyadanı vuraraq ağır xəsarət yetirib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.