Ötən həftə “CNN” Azərbaycanı şərləyən bir informasiya yaydı və rəsmi Bakının etirazına baxmayaraq, hələ də təkzib etməyib. Musavat.com bildirir ki, ABŞ-nin “Responsible Statecraft” portalı bu barədə geniş analiz yazıb. Ermənistanın “Nyus.am” saytının istinadla yaydığı həmin məqalədə “CNN”-nin məqsədinin Bakı ilə Tehran arasında gərginlik yaratmaq olduğu vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hesabatı tamamilə əsassız və jurnalist etikasının pozulması adlandıraraq bəyan edib ki, heç vaxt öz ərazisinin İrana qarşı istifadəsinə icazə verməyib və verməyəcək. “Responsible Statecraft” isə yazır ki, “CNN” dezinformasiyanı yaymaqla bəzi mesajlar verilib. Fərziyyələrdən biri budur ki, Vaşinqton və Təl-Əviv “gizli bazalar” haqda saxta məlumatları ictimaiyyətə açıqlamaqla Bakını Tehranla münasibətlərdə “mümkün inkar” taktikasından istifadə etmək imkanından guya məhrum etmək istəyirlər. O da qeyd olunur ki, Təl-Əvivdən müdafiə asılılığını gücləndirmək niyyəti də ola bilər. Ancaq nə Bakı, nə də Tehran açıq gərginlik istəyir. Bu prosesdə Türkiyə faktorunu da nəzərdən qaçırmaq olmaz. Ankara Bakının müttəfiqidir. İran da Türkiyəni özünün bərabərhüquqlu hərbi rəqibi kimi görür və Ankara ilə birbaşa qarşıdurmaya aparacaq addımlar atmayacaq.
ABŞ xəbər portalı təhlil yazısında onu da qeyd edir ki, “CNN” ABŞ prezidentinin Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün irəli sürdüyü səylərin bir hissəsi olaraq elan etdiyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Təşəbbüsü (TRIPP) layihəsinə ciddi zərbə vurur. TRIPP layihəsi Vaşinqton tərəfindən Cənubi Qafqazda Rusiya və İranın təsirini zəiflətmək üçün hazırlanmış strateji bir maneə kimi təqdim olunur.

Onun məqsədi Azərbaycanı İrandan yan keçərək Ermənistan vasitəsilə suveren quru yolu ilə Naxçıvan və Türkiyə ilə birləşdirməkdir. Lakin TRIPP-in həyata keçirilməsi üçün sabitlik vacibdir. Potensial investorlar əmin olmalıdırlar: “CNN-nin məqsədi istər qəsdən, istərsə də qeyri-iradi olsun, bu ola bilər: Azərbaycanla İran arasında gələcəkdə hər hansı bir barışığı siyasi cəhətdən qeyri-mümkün etmək. Aysberq xəritəsi çəkilib. İndi isə Bakı, Tehran və bütün digər oyunçular ya ehtiyatla onu aşmalı, ya da partlatmağa çalışmalıdırlar…”
Musavat.com


