Səudiyyə Ərəbistanı neftini Sinqapurda saxlamağı planlaşdırırbackend

Səudiyyə Ərəbistanı neftini Sinqapurda saxlamağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və Sinqapur Səudiyyə neftinin Sinqapurun Curonq adasında yerləşən yeraltı rezervuarlarda saxlanılması üçün birgə mexanizm yaratmaq niyyətindədirlər.

Editor.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat nəşri məlumat yayıb.

Sinqapurun energetika, ticarət və sənaye naziri Tan Si Lenq Singapore International Energy Week tədbirində çıxışı zamanı iki ölkənin bu təşəbbüslə bağlı ortaq niyyətini açıqlayıb.

Razılaşmanın Cənub-Şərqi Asiyaya Səudiyyə neftinin tədarük zəncirinin dayanıqlığını artıracağı, həmçinin mümkün təchizat fasilələri zamanı Sinqapurun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Məlumata görə, Curonq adasındakı yeraltı rezervuarlar təxminən 150 metr dərinlikdə yerləşir. Bu anbarlar neft və qaz kondensatı kimi maye karbohidrogenlərin ümumilikdə təxminən 9 milyon barelini saxlamaq imkanına malikdir.

Qeyd edək ki, oktyabrın ortalarında husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına və Saudi Aramco şirkətinin obyektlərinə zərbələr endirməklə hədələyiblər. Bu təhdid Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələrin davam etdirilməsi ilə əlaqələndirilib.

Bundan əvvəl husilər Səudiyyə Ərəbistanının əsas neft ixrac marşrutuna zərbələr endirdiklərini də bəyan ediblər.

//Gülnarə Abasova, Editor.az