İranın birinci vitse-prezidenti həddini aşdıbackend

İranın birinci vitse-prezidenti həddini aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyət orqanları müstəqil Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə cəhdlərini davam etdirirlər.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif azərbaycanlı məktəbli qızlarla bağlı fərman verib (?! – red.) və onların İranda təhsilinə davam etdirə biləcəklərini bildirib.

Yayılan xəbərdə deyilir ki, Arif bu haqda özünün “X” səhifəsində yazıb. Birinci vitse-prezident daha uzağa gedərək, Azərbaycandakı ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini “təhsildən məhrumetmə” kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərait yaradılmasını istəyib.

“İranın Elmlər Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram. Hörmətli səhiyyə və təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm”, – Məhəmməd Rza Arif əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın elm və təhsil naziri Hüseyn Simayi Sərraf da oxşar təkliflə çıxış edib.

Elm və Təhsil Nazirliyi Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı sərt reaksiyasını bildirib. Eyni zamanda 50-dən artıq QHT İran prezidentinə müraciət edərək İranda və Güney Azərbaycandakı 40 milyondan artıq azərbaycanlıya ana dilində təhsil almaq üçün şərait yaradılmasını istəyib.

Musavat.com