Nyu-Yorkda Netanyahunun qaldığı otelin yaxınlığında kanalizasiya quyusundan görün nə çıxdıbackend

Nyu-Yorkda Netanyahunun qaldığı otelin yaxınlığında kanalizasiya quyusundan GÖRÜN NƏ ÇIXDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 23-ü səhər saatlarında Manhettendə, Netanyahunun qalması gözlənilən otelin yaxınlığındakı kanalizasiya quyusundan çıxan üç nəfər iki avtomobillə oradan uzaqlaşıb.

Editor.az xəbər verir ki, Nyu-York Polis Departamentinin (NYPD) sözlərinə görə, hadisənin Netanyahu ilə heç bir əlaqəsi yoxdur və ərazinin həssaslığı nəzərə alınaraq federal qurumlarla birlikdə əlavə yoxlamalar aparılıb.

Nyu-York Polis Departamenti (NYPD) bildirib ki, son aylarda oxşar hadisələr baş verib; belə ki, insanlar fırtınalardan sonra qiymətli əşyalar və metal qırıntıları axtarmaq məqsədilə kanalizasiya sisteminə daxil olurlar. Polis bu hadisənin də eyni xüsusiyyətlərə malik olduğunu müəyyən edib.

//Dəniz Pənahova, Editor.az